Azərbaycanlı futbolçusu Amil Yunanovun çıxış etdiyi Albaniyanın “Bilis” klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Mövsümə uğursuz başlayan komanda Nevil Dedeyə tapşırılıb. 49 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində Emanuel Eqbonu əvəzləyib.
“Bilis” ölkə çempionatında 6 turdan sonra 5 xalla 10 komanda 9-cu yeri tutur. Xatırladaq ki, Amil Yunanov "Bilis"ə bu ay keçib. O, 2025-ci il iyunun sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. Amil artıq yeni komandasında debüt edib. Ancaq 31 yaşlı forvardın "Vlajniya" ilə oyundakı debütü uğursuz (0:2) alınıb.