Azərbaycanlı futbolçular Tűrkiyədə űz-űzə gəldilər

Azərbaycanlı futbolçular Tűrkiyədə űz-űzə gəldilər

Türkiyə 1-ci liqasının 30-cu turunda azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib. Fanat.Az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Hər iki azərbaycanlı start "11-lik"də yer alıb. Vüsal matçın 59-cu, Coşqun isə 90+1-ci dəqiqədə əvəzlənib. İsgəndərli  oyunun 22-ci dəqiqəsində sarı vərəqə də alıb. Qeyd edək ki, 30 turdan “Boluspor” 46 xalla 7-ci, “Ümraniyəspor” 34 xalla 12-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər