Azərbaycanlı futbolçu üçün Devrim dövrü başladı

Azərbaycanlı futbolçu üçün Devrim dövrü başladı

Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa"nın yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Vakant post Levent Devrimə tapşırılıb. Onunla bu mövsümün sonuna qədər müqavilə imzalanıb. Devrim istefaya göndərilən Mustafa Dalcını əvəzləyib.

Qeyd edək ki, "Manisa" Türkiyə 1-ci Liqasında 31 xalla 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər