Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırdı

Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırdı

Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Adanaspor”la qarşılaşıb və 2:1 hesablı əzmkar qələbəyə sevinib.

90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər