Azərbaycanlı futbolçu "Şturm"da top qovacaq

Azərbaycanlı futbolçu "Şturm"da top qovacaq

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyevin yeni iş yeri müəyyənləşib. Fanat.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı veteran yarımmüdafiəçi Kiyevdə yeni yaradılmış "Şturm" komandasında oynayacaq. "Şturm” həvəskarlar liqasında çıxış edəcək. Qeyd edək ki, Azərbaycan əsilli Əliyev Rusiyanın "Anji”, "Lokomotiv", Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" kimi komandalarında çıxış edib. O, həvəskarlar liqasında çıxış edən "Katandzaro" komandasında da oynayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər