Azərbaycanlı futbolçu "Spartak"dan imtina etdi

Azərbaycanlı futbolçu "Spartak"dan imtina etdi

Azərbaycanlı futbolçu Ayaz Quliyev qərarını dəyişib.

 

Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ına keçməkdən imtina edib.

 

Halbuki tərəflər arasında hərtərəfli razılıq əldə olunmuş, "Spartak"ın 1 milyon avroluq təklifini "Rostov" qəbul etmişdi. Lakin 22 yaşlı Quliyev son anda baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, qalmağı üstün tutub.

 

Qeyd edək ki, Ayaz Quliyev "Rostov"a cari mövsümün əvvəlində məhz "Spartak"dan keçib.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər