Azərbaycanlı futbolçu son turda 60 dəqiqə oynadı

Azərbaycanlı futbolçu son turda 60 dəqiqə oynadı

Latviya çempionatında mövsümün sonuncu - 36-cı turunun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də bu mövsüm sonuncu matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb.

Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 60-cı dəqiqədə əvəzlənib.

“Dauqavpils” hazırda 36 oyuna topladığı 36 xalla mövsümü 7-ci pillədə başa vurub.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər