Azərbaycanlı futbolçu rəsmən "Rostov"da

Azərbaycanlı futbolçu rəsmən "Rostov"da
Azərbaycanlı futbolçu Ayaz Quliyevin "Rostov”a keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bu günlərdə "Anji” ilə yollarını ayıran və Moskva "Spartak”ına məxsus olan 21 yaşlı yarımmüdafiəçi yeni komandasında da icarə əsasında çıxış edəcək. Razılaşmaya əsasən, o, mayın 31-nə qədər "Rostov”un formasını geyinəcək.
Qeyd edək ki, Quliyev sabiq komandası "Anji”də 23 oyunda 1 qola imza atıb. Rusiyanın bütün aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Ayazın Azərbaycan millisinə çağırılması gündəmdədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər