Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov Polşada növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun şərəfini qoruduğu “Radomyak” Polşa Kubokunda 1/32 final mərhələsi çərçivəsində “Qornik Zabrze” ilə üz-üzə gəlib.
Rəqib meydanında baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Belədə, əlavə vaxt oynanılıb. 93-cü dəqiqədə qələbə qolunu vuran “Radomyak” 1:0 hesablı qələbə qazanaraq 1/16 finala yüksəlib.
Rahil də görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 120 dəqiqəni əvəzolunmadan keçirib.