Albaniya çempionatında 10-cu turun görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" "Dinamo Siti"ni qəbul edib.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Zamiq də bu grüşün iştirakçısı olub. Start "11-lik"də yer alan 23 yaşlı oyunçu sonadək mübarizə aparıb.
Qeyd edək ki, 10 turdan sonra 16 xalı olan "Eqnatia" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.