Azərbaycanlı futbolçu meydandan qovuldu

Azərbaycanlı futbolçu meydandan qovuldu
Rusiya Premyer Liqasında XV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin şərəfini qoruduğu "Rostov”səfərdə "Zenit”lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində meydana daxil olan Ayaz Quliyev komandasını azlıqda qoyub. O, 81-ci dəqiqədə oyun ərzində ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.
Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 34 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 29 xalla 2-ci, SSKA  26 xalla 3-cüdür. "Rostov” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər