Azərbaycanlı futbolçu: "Krım Ukraynanındı, televiziyalarda çox şey göstərə bilərlər"

Azərbaycanlı futbolçu: "Krım Ukraynanındı, televiziyalarda çox şey göstərə bilərlər"
Kiyev "Dinamo”sunun və Moskva "Lokomotiv”inin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Krımın hansı dövlətə məxsus olduğu haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Ukrayna millisinin şərəfini qorumuş Azərbaycan əsilli futbolçu belə deyib:
"Mən Krıma gələndə bu torpaqlar Ukraynanın idi. İndi isə buralar Rusiya sayılır. Krımlılar mənim üçün həmişə ukraynalılardı. Krım Ukraynanındı. Televizorda bu torpaqlarda yaşayan əhalinin Ukrayna hakimiyyətindən şikayətləndiyini göstərirlər. Amma telekanallarda hər şey göstərə bilərlər. Özünüz başa düşürsüz də... İnsanlar həqiqəti bilsəydi, heç kim Krımı bizdən almaz, hər şey normal olardı”.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər