Azərbaycanlı futbolçu Gürcüstan klubuna qələbə qazandırdı

Azərbaycanlı futbolçu Gürcüstan klubuna qələbə qazandırdı
Gürcüstan çempionatında II turun oyunları keçirilir. 
Fanat.Az xəbər verir ki, Nicat Qurbanovun formasını geyindiyi "Samtredia” doğma meydanda Kutaisi "Torpedo"su ilə qarşılaşıb. 
Azərbaycanlı futbolçunun komandası bu oyundan qalib ayrılıb - 1:0. Nicat Qurbanov meydana start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 Komandasının yeganə qolunu da məhz futbolçumuz vurub. 28 yaşlı hücumçu 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
 
Bununla da "Samtredia” cari mövsüm ilk qələbəsini qazanıb və hazırda 3 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər