Ötən ay Estoniyanın "Trans Narva" klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Nurlan Novruzov sözügedən ölkədə problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, koronavirusa görə ölkədə vəziyyət ciddidi: "Məşqlər və oyunlar ləğv olunub. Məktəblər, hətta marketlər də bağlanıb. Ölkədən çıxışa icazə verilmir. Vəziyyət ciddidi. Allah hamıya kömək olsun".
Fanat.Az