Azərbaycanlı FİFA referisinə UEFA-dan növbəti təyinat

Azərbaycanlı FİFA referisinə UEFA-dan növbəti təyinat

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər