Azərbaycanlı FİFA referisi Avropa çempionatına təyinat aldı

Azərbaycanlı FİFA referisi Avropa çempionatına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referisi köməkçisi Vüsal Məmmədov UEFA-dan təyinat alıblar.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupundakı matçlarda iş başında olacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər