Azərbaycanlı federasiya rəsmisinə yeni təyinat

Azərbaycanlı federasiya rəsmisinə yeni təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.

Federasiya rəsmisi yanvarın 26-da Buxarestdə Rumıniyanın "Styaua" və Yunanıstanın "Olimpiakos" komandaları arasındakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün ədalət təmsilçiləri niderlandlı Mark Yan Vinstra və italiyalı Mitsele Brunelli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər