Azərbaycanlı federasiya nümayəndəsi ÇL oyununa təyinat aldı

Azərbaycanlı federasiya nümayəndəsi ÇL oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Fanat.Az xəbər verir ki, N.İsmayılova qadınlar arasında Çempionlar Liqasının E qrupu çərçivəsində keçiriləcək “ZOK UB” (Serbiya) və “Çemik” (Polşa) klublarının qarşılaşmasına supervayzer kimi təyinat alıb.

Matç dekabrın 8-də Belqradda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər