Azərbaycanlı dubl etdi, gürcü klubu yüksək liqaya çıxdı

Azərbaycanlı dubl etdi, gürcü klubu yüksək liqaya çıxdı
Gürcüstanın "Samtredia” klubu güclülər dəstəsinə çıxıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi komanda güclülər dəstəsinə vəsiqə uğrunda "pley-off"un cavab oyununda "Sioni”yə 4:1 hesabı ilə qalib gəlib. Nicat 38 və 71-ci dəqiqələrdə fərqlənib. Bu, 27 yaşlı yarımmüdafiəçinin Gürcüstan birinci liqasında ümumilikdə 8-ci qolu olub.
Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatdığından "Samtredia” yüksək liqaya vəsiqə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər