Azərbaycanlı ağır atlet Avropa birinciliyində 3 medal qazandı

Azərbaycanlı ağır atlet Avropa birinciliyində 3 medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 

56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. 

Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər