Azərbaycanla oyun ərəfəsində İsveç millisinə 2 yeni oyunçu çağırıldı

Azərbaycanla oyun ərəfəsində İsveç millisinə 2 yeni oyunçu çağırıldı

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırılıb.

Fanat.Az “svt.se” saytına istinadən xəbər verir ki, bunlar mərkəz müdafiəçisi İsak Hien və sol cinah müdafiəçisi Niklas Hultdur.

Onlar yığmadan kənarda qalan 3 oyunçunu əvəz edəcəklər. Belə ki, müdafiəçilər Emil Holm, Lüdviq Auqustinsson və hücumçu Antoni Elanqa zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər