Azərbaycanın 20 yaşadək qızlardan ibarət voleybol millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlığı Qubada davam etdirir. Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Voleybol Federasiyası yayıb. Hazırlıq proqramına uyğun olaraq, komanda Qubada, UNEC klubunun idman zalında təlim-məşq toplanışındadır. Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi altında keçirilən hazırlıq prosesində 20 və 16 yaşadək qızlardan ibarət komandaların üzvləri iştirak edir. Ümumilikdə toplanışa 33 voleybolçu cəlb olunub. 10 günlük Quba toplanışının ardından komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Bundan sonra 20 yaşadək qızlardan ibarət milli hazırlığı ölkə xaricində davam etdirəcək. Hazırlığın növbəti mərhələsində komandanın bir neçə yoxlama oyunu keçirməsi də nəzərdə tutulur. Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22–25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək. Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.
Azərbaycanın voleybol üzrə U-20 millisi Qubada hazırlaşır
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Voleybol
21:37
19.11.2026
"Xilasedici" "ACH Volley Lyublyana" kollektivinə məğlub oldu
Voleybol
20:14
19.11.2026
CEV Çelenc Kuboku: "Ordu" Norveç təmsilçisini məğlub etdi
Voleybol
17:29
17.11.2026
Faiq Qarayev U-16 millimizin üzvləri ilə görüşdü
Voleybol
11:29
17.11.2026
Federasiya rəsmisi beynəlxalq oyuna təyinat aldı