Azərbaycanın U-17 millisi Gürcüstana qalib gəldi

Azərbaycanın U-17 millisi Gürcüstana qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstan seçməsini məğlub edib. 

Fanat.Az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə 1:0 hesablı qələbəyə sevinib.

 U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, milli turnirdəki son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər