Azərbaycanın U-15 yığması böyük hesabla uduzdu

Azərbaycanın U-15 yığması böyük hesabla uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci matçına çıxıb.

Fanat.Az xəbər verir ki, U-15 Bolqarıstanın uyğun yaş qrupu üzrə seçməsi ilə qarşılaşıb.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 turnirdəki ilk matçında Monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu. Komanda növbəti görüşünü noyabrın 23-də meydan sahiblərinə qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər