Azərbaycanın U-15 millisi yenə uduzdu

Azərbaycanın U-15 millisi yenə uduzdu

15 yaşadək (U-15) qızlardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub.

Fanat.Az-ın məlumatına görə, yığma Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.

Qeyd edək ki, daha əvvəl Belarusa 1:8 hesabı ilə uduzan U-15 son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər