Azərbaycanın nazirləri qonaqlıqda - VİDEO

Azərbaycanın nazirləri qonaqlıqda - VİDEO

Məşhur italiyalı iş adamı, "Formula-1”də "Renault” şöbəsinin keçmiş rəhbəri Flavio Briatore "Twitter” mikrobloqunda Bakıda "Formula-1” qonaqları üçün təşkil edilmiş rəsmi qəbuldan video paylaşıb.

Fanat.Az virtualaz.org-a istinadən xəbər verir ki, videogörüntülərə əsasən demək olar qəbul Bakının dəbdəbəli restoranlarından birində təşkil edilib. Xarici qonaqlardan savayı, burada azərbaycanlı nazirlər də iştirak edib.

Məsələn, masa arxasında oturmuş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Formula-1”in keçmiş başçısı Berni Ekklstounla və digər qonaqlarla nəyisə aktiv şəkildə müzakirə edir.

Qonşu masanın arxasında isə xarici işlər naziri Elmar Məmmədyarov əyləşib.

Zalda isə canlı musiqi çalınır və italyanca mahnı oxunur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər