Azərbaycanın mövsümü neçənci yerdə başa vurduğu bilindi - Yekun reytinq sıralaması

Azərbaycanın mövsümü neçənci yerdə başa vurduğu bilindi - Yekun reytinq sıralaması

Azərbaycanın avrokuboklarda təmsilçisi qalmayıb.

Fanat.Az xəbər verir ki, bununla həm də ölkəmizin reytinq sıralamasındakı mövqeyi müəyyənləşib.

“Qarabağ”ın da mübarizəni dayandırması ilə reytinqdə irəliləməyəcəyimiz dəqiqləşib - Azərbaycan 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub. Çünki sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.

Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsal 5.875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabərdir.

Azərbaycanın mövsümü neçənci yerdə başa vurduğu bilindi - Yekun reytinq sıralaması Ancaq növbəti mövsümə 1-2 pillə irəlidə başlamağımız mümkündür. Ən azından Macarıstan və Rumıniya ilə əmsallarımız bərabərləşəcək.

UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər