Azərbaycanın klublarının gəliri açıqlandı

Azərbaycanın klublarının gəliri açıqlandı

Azərbaycan Premyer Liqasında çıxış edən klubların 2023-cü ildəki ümumi gəlirləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilib.

Premyer Liqanın 10 klubunun ümumi gəliri 47 milyon avro olub. Bunun 38 faizi, yəni 18 milyon avro kommersiya gəlirindən əldə edilib.

Daha 16 milyon avro isə UEFA tərəfindən göndərilib. Digər gəlirlər 13 milyon avro (27 faiz), bilet satışından qazanc isə 1 milyon avro (2 faiz) göstərilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər