Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur. Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər