Azərbaycanın keçmiş futbolçusu dəfn olundu

Azərbaycanın keçmiş futbolçusu dəfn olundu
Ötən gün dünyasını dəyişən Bakının "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dəfn olunub
Fanat.Az xəbər verir ki, o, Gəncə şəhərindəki İmamzadə Dini Kompleksində atasının məzarının yanında torpağa tapşırılıb. 
Qeyd edək ki, SSRİ idman ustası infarktdan dünyasını dəyişib. Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə "Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.
 
Azərbaycanın keçmiş futbolçusu dəfn olundu
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər