Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarlarının adları bilindi

Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarlarının adları bilindi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər