Azərbaycanın iki boksçusu dopinqə görə cəzalandırıldı

Azərbaycanın iki boksçusu dopinqə görə cəzalandırıldı

Azərbaycanın iki boksçusu antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Söhbət Ömər Aslanlı və Məsud Yusifzadədən gedir.

Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24, Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə diskvalifikasiya edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər