Azərbaycanın gənclər yığması İngiltərəyə böyük hesabla uduzdu

Azərbaycanın gənclər yığması İngiltərəyə böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb.

“Azərsun Arena”da keçirilən görüş qonaqların böyük hesablı qələbəsiylə yekunlaşıb.

Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.

Azərbaycanın U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi F qrupu 22 mart

Azərbaycan - İngiltərə 1:5 Qollar: Ramin Nəsirli, 85 - Harvi Elliot, 25; 67. Noni Madueke, 29. Harvud-Bellis, 53. Arçi Qrey, 88. Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina) Bakı, “Azərsun Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər