Azərbaycanın FIFA referisi DÇ-nin seçmə mərhələsinə təyinat aldı

Azərbaycanın FIFA referisi DÇ-nin seçmə mərhələsinə təyinat aldı
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş hakim dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək. Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.
Qeyd edə ki, matçlar yanvarın 29-dan fevralın 3-dək keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər