Azərbaycanın ən intizamlı və intizamsız klubları müəyyənləşdi

Azərbaycanın ən intizamlı və intizamsız klubları müəyyənləşdi
Azərbaycan Premyer Liqasının ən intizamsız və intizamlı klubları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) hesabatına görə, ən intizamsız klubumuz "Sumqayıt" olub. "Gənclik şəhəri" təmsilçisinə hər oyuna orta hesabla 3.65 vərəqə düşüb. Bunların 3.47-si sarı, 0,18-i isə qırmızıdı. 
Ən intizamlı komanda isə "Qarabağ"dı. Ağdam təmsilçisinin oyunçuları ortalama hər oyuna 2 vərəqə (0,6 qırmızı, 1.94 sarı) alıblar. 
1. "Sumqayıt" - 3.65 (3.47 sarı; 0.18 qırmızı)
2. "Qəbələ" - 3.47 (3.23 sarı; 0.24 qırmızı)
3. "Zirə" - 3.29 (3.11 sarı; 0.18 qırmızı)
4. "Neftçi" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)
5. "Keşlə" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)
6. "Sabah" - 2.76 (2.58 sarı; 0.18 qırmızı)
7. "Səbail" - 2.35 (2.23 sarı; 0.12 qırmızı)
8. "Qarabağ" - 2 (1.94 sarı; 0.06 qırmızı) 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər