Azərbaycanın dörd paracüdoçusu Almaniyada reytinq turnirdə iştirak edəcək

Azərbaycanın dörd paracüdoçusu Almaniyada reytinq turnirdə iştirak edəcək

Almaniyanın Heydelberq şəhərində keçiriləcək "IBSA Judo Grand Prix Heidelberg 2024" yarışında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.

Fanat.Az xəbər verir ki, turnirdə Vüqar Şirinli (60 kq, J2 kateqoriyası), Namiq Abaslı (73 kq, J2 kateqoriyası), İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası), Sevda Vəliyeva (57 kq, J2 kateqoriyası) tatamiyə çıxacaqlar.

Fevralın 17-18-də keçiriləcək yarış Paris-2024 Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandırır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər