Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Bakıda karate üzrə Premyer Liqa turniri davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha doqquz üzvü tatami üzərinə çıxacaq.

Kişilərin kata yarışında Roman Heydərov qüvvəsini sınayacaq. Kumitedə kişilərdən Pənah Abdullayev, Turqut Həsənov, Ayxan Mamayev (hamısı 84 kq), Asiman Qurbanlı, Murad Hacızadə (hər ikisi +84 kq) qadınlardan isə Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 8 təmsilçimizdən Əminağa Quliyev (60 kq) adını finala yazdırıb. 58 ölkədən 347 karateçi qatıldığı Premyer Liqanın Bakı mərhələsinə sentyabrın 4-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər