Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin daha 2 boksçusu bu mərhələni qələbə ilə bitirib.

Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aqueranı (Dominikan Respublikası) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.

Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. O, finala gedən yolda qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Azərbaycan boksçuları final uğrunda görüşə iyulun 5-də rinqə çıxacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər