Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib.

Fanat.Az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Maqsud Xasmetov (60 kq) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib.

İkinci raundda tam üstünlüklə qalib gələn boksçu finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Ruslan Rüstəmov (63,5 kq) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.

Ümid Rüstəmov (57 kq) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kq) Ruslan Abdullayevə (Özbəkistan), Mirşərif Kazımzadə (75 kq) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, finallar mayın 18-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər