Azərbaycanın 2 boksçusu finalda

Azərbaycanın 2 boksçusu finalda

Macarıstanın Eqer şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsi yekunlaşıb.

Fanat.Az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü də rinqə çıxıb.

60 kq-da Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (71 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.

Final döyüşləri bu gün keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər