Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

Azərbaycan II Liqasında bu gün keçirilməli olan XXI turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşüb.

Buna görə matç Tovuz şəhər stadionunda keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər