Azərbaycanda çalışmış ukraynalı məşqçinin yeni klubu bilindi

Azərbaycanda çalışmış ukraynalı məşqçinin yeni klubu bilindi

Vaxtilə Azərbaycanda baş məşqçi kimi çalışan ukraynalı mütəxəssis Yuri Maksimov "Dnepr-1"in sükanı arxasına keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə 2 il müddətinə müqavilə bağlanıb.

Yuri Maksimovun sonuncu iş yeri ikinci liqa təmsilçisi "Zvyagel" olub (20 iyun 2023-13 sentyabr 2023).

Hazırda dneprlilər 4 turda 5 xal toplayaraq UPL-in 13-cü pilləsində qərarlaşıb. "Dnepr-1" bir mövsümdə avrokubokda 3 turnirdən uzaqlaşdırılan ilk Ukrayna klubu olub. Buna qədər komandaya Aleksandr Kuçer başçılıq edib.

Qeyd edək ki, Yuri Maksimov 2017-ci ilin dekabrında baş məşqçi təyin olunduğu "Keşlə” (hazırki "Şamaxı") ilə Azərbaycan Kubokunun qalibi olub. O, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə məğlubiyyətdən bir neçə gün sonra – 2018-ci il iyunun 16-da istefaya göndərilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər