Azərbaycanda Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək

Azərbaycanda Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək

Aprelin 11-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Fanat.Az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparacaqlar.

25 dəst medal uğrunda 200-dən çox boksçu nəyə qadir olduğunu göstərməyə çalışacaq. Turnirin qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər