Nideland millisinin sabiq üzvü Endi var der Meyde Azərbaycandan təklif aldığını etiraf edib.
Fanat.Az xəbər verir ki, veteran yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında 1.2 milyon avroluq təklifdən imtina etdiyini bildirib.
Endi var der Meyde bunu karyerasını bitirmək qərarı ilə izah edib: "Azərbaycan klublarının birindən mən iki illik müqavilə təklif olunmuşdu. Bunu qəbul edərək 1 milyon 200 min avro qazana bilərdim. Amma mən təklifi qəbul etmədim. Çünki karyeramı başa vurmağa qərar verdim. Hər zaman məşq etmək mümkün deyil. Bundan başqa, yediklərimə də diqqət etməli idim. Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. Amsterdamdakı evimdə parti təşkil edirdim. İçki, narkotik, qızlar və s."
Fanat.Az