Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlandı

Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, II dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.

X tura saat 15:00-da “Sərhədçi” - “Murov” görüşü ilə start veriləcək. Dövrənin son matçı isə 2 saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” “Ekspress”i sınağa çəkəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər