Azərbaycan yığmasının üzvü "Qalatasaray"da

Azərbaycan yığmasının üzvü "Qalatasaray"da

Basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Çak Deyvis karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək. 

32 yaşlı idmançı "sarı-qırmızılar"a Balıkesirin "Bandırma" klubundan transfer olunub. Onunla mövsümün sonunda daha 1 il uzadıla bilməsi şərtilə 6 aylıq müqavilə imzalanıb. 

Hazırda kluba Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası tərəfindən transfer qadağası qoyulduğundan, Deyvis sanksiya aradan qalxdıqdan sonra "Qalatasaray"ın heyətində oyunlara çıxa biləcək.

Qeyd edək ki, Çak Deyvis ABŞ-ın Alabama ştatında anadan olub. O, 5 ilə yaxındır Azərbaycan yığmasının üzvüdür. (Report)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər