17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək yekun heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimiz fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq.
Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.
1. Xəqan Şükürov - Zirə 2. Rauf Əyyubov - Sabah 3. Elgün Alışov - Rot-Vays Oberhauzen (Almaniya) 4. Murad Qurbanov - Zirə 5. Həzrət Səmədov - Sabah 6. Əlibəy Mahmudov - Sabah 7. Fərid Cabbarlı - Zirə 8. Hüseyn Atayev - Turan Tovuz 9. Tunar Muradov - Turan Tovuz 10. Nihad İsaqov - Kəpəz 11. Elvin Vəliyev - Neftçi 12. Vusal Kərimov - Neftçi 13. Toğrul Haqverdiyev - EFA 14. Həsən Məmmədli - Rot-Vays Oberhauzen (Almaniya) 15. Rafael Qaziyev - Dinamovets (Rusiya) 16. Nicat Nərimanov - Brommapoykarna (İsveç) 17. İslam Həsənov - Srvena Zvezda (Serbiya) 18. İbrahim Xəlilov - Sabah 19. Murad Cabbarov - Sumqayıt 20. Ümid Səlimov - Sabah