Azərbaycan yığmasında növbəti forma biabırçılığı

Azərbaycan yığmasında növbəti forma biabırçılığı

Xorvatiyadakı məlum forma qalmaqalı bitməmiş millimizdə forma ilə bağlı növbəti biabırçı olay yaşanıb.

 

Fanat.Az xəbər verir ki, Litva ilə dünənki yoxlama görüşünün ikinci hissəsində meydançaya çıxan Emin Mahmudovun formasının arxasındakı yazı diqqət çəkib.

 

Belə ki, Eminin soyadı Mahmudov olduğu halda formanın arxasına Makhmudiv yazılıb. Görünən budur ki, milli komandanın yeni inzibatçısı işinə növbəti dəfə məsuliyyətsiz yanaşıb. Maraq üçün qeyd edək ki, millinin yeni inzibatçısı Hacı Zaur Məhərrəmov AFFA-nın baş katibi Elxan Məmmədovun həm kadrı, həm yerlisi, həm də qohumudur.

 

Mənbə: rekord.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər