Azərbaycan yığması İsveçrəyə biabırçı hesabla məğlub oldu

Azərbaycan yığması İsveçrəyə biabırçı hesabla məğlub oldu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunda İsveçrə seçməsi ilə qarşılaşıb.

Saat 16:00-da başlayan görüş Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirilib. Təmsilçimiz 4 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Macarıstanla heç-heçə (1:1) edib.

AÇ-2025 (Qadınlar) Seçmə mərhələ, II tur

9 aprel

Azərbaycan – İsveçrə 0:4  Qollar: Valotto, 11-pen. Büler, 20, Piliqrim, 51. Rizen, 54 Hakimlər: ALİNA PESU, Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu, Kristina Mariana Trandafir (Rumıniya) Mərdəkan. “Liv Bona Dea Arena”  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər