Azərbaycan yığması Çinə yollandı

Azərbaycan yığması Çinə yollandı

Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova Çin Xalq Respublikasının Hebei şəhərinə yola düşüb.

Fanat.Az xəbər verir ki, onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Toplanışa sentyabrın 10-da yekun vurulacaq.

Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər